Daimi Nümayəndə
Fəxrəddin İsmayılov Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib. Bu təyinata qədər, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi olub. 2000-ci ildən Azərbaycanın diplomatik xidmət orqanlarında çalışan F.İsmayılov müxtəlif vaxtlarda Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir vəzifəsində, habelə Avropa İttifaqı yanında nümayəndəlikdə və Avropa Şurası yanında daimi nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb.
F.İsmayılov Bakı Dövlət Universitetində və Nitsa Sofiya Antipolis Universitetində bakalavr, daha sonra, Brüssel Universitetində və Harvard Kennedi Məktəbində müvafiq olaraq Avropaya inteqrasiya və dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.
X (ex-Twitter): @IsmayilovFN