Əməkdaşlığın hüquqi-müqavilə əsasları
Əməkdaşlığın hüquqi-müqavilə əsasları
Avropa Mədəniyyət Konvensiyası Azərbaycan tərəfindən 1997-ci il aprelin 25-də ratifikasiya olunmuş ilk Avropa Şurası müqaviləsidir.
Azərbaycan insan hüquqları üzrə ən mühüm və nüfuzlu sənədlərdən biri olan İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 15 aprel 2002-ci ildən iştirakçısı olmuş və müvafiq olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul etmişdir.
Azərbaycan bu günə kimi Avropa Şurasının 65 müqaviləsini imzalamış və ratifikasiya etmiş, daha 7 müqavilə isə imzalamışdır (siyahıya baxın).
Azərbaycanın təqdim etdiyi ən son ratifikasiya sənədi Azərbaycanın 2020-ci il aprelin 1-dən qoşulduğu Avropa Şurasının Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi haqqında Konvensiyasına aiddir.
Yenilənib: 16.05.2022