Bakı Prosesi

Bakı prosesi

Azərbaycan multikultural və çoxkonfessiyalı ölkə kimi mədəniyyətlərarası dialoqu ardıcıl surətdə təşviq edir. Həqiqətən də mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu unikal coğrafi mövqe, həm Avropa, həm də İslam beynəlxalq təşkilatlarına üzvlük Azərbaycana müxtəlif mədəniyyətlərə, dinlərə və millətlərə mənsub olan qruplar arasında həqiqi dialoqun qurulmasına əhəmiyyətli töhfə verməyə imkan verib. Xüsusilə, 2008-ci ildə başlanmış Bakı Prosesi bu məqsədlərə nail olmaq və ümumi dəyərlərimizi daha geniş regionda, xüsusən də irqçilik, ksenofobiya və dözümsüzlük və digər narahatedici hallar qarşısında təbliğ etmək üçün unikal platformadır.

Azərbaycan beynəlxalq tərəfdaşları, o cümlədən Avropa Şurası ilə birlikdə “Bakı Prosesi” çərçivəsində iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir. Bu fəaliyyətlərin həyata keçirilməsi onların zamanla harmoniya və sülh içində daha dayanıqlı cəmiyyətlərin qurulmasına töhfə verəcəyinə dair inama söykənir.

Son yeniləmə: 16.05.2022

 

Arxiv üzrə axtarış