2023-03-09

NOVRUZ KONSERTİ, 21 mart 2023-cü il

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə muğam konserti keçiriləcək. Konsert aşağıdakı tarixdə və məkanda baş tutacaqdır:

21 mart 2023-cü il, çərşənbə axşamı, saat 19:30*
“Saint-Pierre-Le-Jeune” Protestant Kilsəsi
“Saint-Pierre-Le-Jeune” meydanı, 67000 Strasbourg
(Sofitel hotelin yanı)

*Qapılar saat 19:00-da açılır.

Xalqımızın ən əziz bayramlarından biri olan “Novruz” yazın gəlişini və təbiətin oyanışını qeyd etməklə yanaşı, xalqlar və icmalar arasında sülh, həmrəylik və qarşılıqlı hörmət dəyərlərinin möhkəmləndirilməsi ilə bağlı çoxəsrlik ənənələri özündə təcəssüm etdirir. 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmiş və 2016-cı ildə isə “Novruz” YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu mədəni tədbiri təşkil etməklə Strasburqdan olan dostlarımızla “Novruz”un ruhunu və ideallarını bölüşmək istəyirik.

Tədbir çərçivəsində həmçinin Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələ qurbanlarına dəstək məqsədilə ianə vermək istəyənlər üçün “A.A.P.I.I.” Assosiasiyası (Association d’aide aux personnes issue de l’immigration) tərəfindən könüllü xeyriyyə aksiyası təşkil olunacaqdır.

Təşkilati məsələlərlə bağlı aşağıdakı link vasitəsilə konsertdə iştirakınızı 20 mart tarixinədək təsdiqləməyiniz xahiş olunur: https://www.eventbrite.com/e/concert-de-novruz-tickets-574581337247 

Əlavə məlumat üçün azevents@orange.fr elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Arxiv üzrə axtarış