2022-09-10
Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini təqdir edib
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.
AZƏRTAC xəbər verir ki, Aİ Şurasının Prezidenti bu barədə tviter səhifəsində bildirib.
“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin rəsmi Bakı tərəfindən azad edilməsini alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib – bu, həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir", - deyə Ş.Mişel vurğulayıb.