2022-04-13

Ceyhun Bayramov: Ermənistan xarici işlər naziri ilə danışıqlar peşəkar və konstruktiv keçdi

Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. Görüş zamanı hər iki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərə başlanılması tapşırığı verildi. Biz bunu çox önəmli addım hesab edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında söyləyib.

“Əldə olunmuş razılıqların davamı olaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığım oldu. Biz bir sıra praktiki addımları müzakirə etdik. Hesab edirəm ki, Ermənistan xarici işlər naziri ilə danışıqlar peşəkar və konstruktiv keçdi. Növbəti addımlar atılacaq. Azərbaycan tərəfi öz xoş niyyətini nümayiş etdirib. Biz qarşı tərəfin də müsbət addımlarını gördüyümüz zaman bu istiqamətdə daha da irəliləyəcəyik”,- deyə nazir vurğulayıb.

AZERTAC

Arxiv üzrə axtarış