2022-04-02

Nazir: TAP Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli layihədir

Uzun illərdir Azərbaycan İtaliyanın etibarlı enerji təchizatçısıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Azərbaycan-İtaliya: Çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfransda çıxışı zamanı söyləyib.

“Trans-Adriatik qaz boru kəmərinin çəkilməsi ilə Azərbaycan İtaliyanın üçüncü qaz təchizatçısı oldu. TAP Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyəti olan layihədir”, - deyə nazir vurğulayıb.

AZERTAC

Arxiv üzrə axtarış