2021-06-08

“EU Reporter” nəşri müharibədən sonrakı ilk 200 gün ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən yazıb

Avropa İttifaqının nüfuzlu “EU Reporter” nəşri Tori MakDonaldın “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Azərbaycanda cərəyan edən əsas proseslər” sərlövhəli məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğalına son qoyan üçtərəfli Bəyanatın imzalanmasından 200 gün keçməsindən söhbət açılır.

Müəllif qeyd edir ki, indi Bakı dağıdılmış ucsuz-bucaqsız ərazilərin bərpası üzrə ambisiyalı proqrama start verib. Sıfırdan başlanacaq şəhərsalma layihələri doğma yurdlarını tərk etməyə məcbur olan və son bir neçə onillik ərzində ağır şəraitdə yaşayan insanların oraya qayıtmalarına kömək olacaq.

Məqalədə müharibədən sonrakı ilk 200 gün ərzində Azərbaycanın əldə etdiyi başlıca nailiyyətlərdən bəhs edilir. Proqrama ərazilərin minalardan təmizlənməsi, “ağıllı kəndlər”in yaradılması, bərpaolunan enerji mənbələrindən istifadə, mədəniyyət abidələrinə münasibətdə törədilmiş vandalizm aktlarının ifşa olunması və bir sıra başqa məsələlər daxildir.

AZERTAC

Arxiv üzrə axtarış