AŞPA-nın yaz sessiyası işə başlayıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası hibrid formatda işə başlayıb.
AZƏRTAC xəbər verir ki, aprelin 22-dək davam edəcək yaz sessiyasının ikinci günü Almaniyanın Nazirlər Kabinetinə sədrliyi çərçivəsində Almaniya Kansleri Angela Merkelin çıxışı gözlənilir.
Avropa Parlamentinin sədri David Sassolinin, Moldova Prezidenti Maya Sandunun, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçinin yaz sessiyasında çıxışları nəzərdə tutulur.
Sessiyada müzakirə olunacaq mövzular arasında Avropa Şurasının strateji prioritetləri ilə bağlı Assambleyanın baxışı, insan hüquqlarının pozulması, Belarusda seçki islahatlarının zəruriliyi kimi məsələlər yer alır.
Sessiya çərçivəsində rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi, xroniki və uzunmüddətli xəstəliklərə məruz qalan insanlara qarşı ayrı-seçkilik, Monteneqro ilə monitorinq sonrası dialoq, milli azlıqların qorunub saxlanması, eləcə də diaspor fəaliyyətinə dair Avropa siyasəti də müzakirə olunacaq.