2021-04-01
Azərbaycanın xarici işlər naziri Moskvaya səfərə yola düşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.