2021-03-23

AŞPA-nın yaz sessiyası hibrid formatda keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası hibrid formatda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aprelin 19-dan 22-dək reallaşacaq yaz sessiyasında Almaniyanın Nazirlər Kabinetinə sədrliyi çərçivəsində Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas çıxış edəcəyi bildirilir.

Avropa Parlamentinin sədri David Sassoli, Moldova Respublikasının Prezidenti Maia Sandu, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi də yaz sessiyasında çıxışları gözlənilir. Sessiyada müzakirə olunacaq mövzular arasında Avropa Şurasının strateji prioritetləri ilə bağlı assambleyanın baxışı, insan hüquqlarının pozulması, Belorusda seçki islahatlarının zəruriliyi kimi məsələlər də yer alır.

Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi, xroniki və uzun müddətli xəstəliklərə məruz qalan insanlara qarşı ayrı-seçkilik, Monteneqro ilə monitorinq sonrası dialoq, milli azlıqların qorunub saxlanması, eləcə də diaspora fəaliyyətinə dair Avropa siyasəti də sessiya çərçivəsində müzakirə ediləcək.

AZERTAC

Arxiv üzrə axtarış