2021-03-15
Azərbaycanın xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
Martın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İsveç əməkdaşlıq əlaqələrinə, regiondakı cari vəziyyətə, üçtərəfli bəyanatların icrasına, ATƏT-lə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılacaq.