2021-03-11

ATƏT-in sədri bölgəyə rəsmi səfəri zamanı Qarabağ məsələsini müzakirə edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Ann Linde çıxışında digər məsələlərlə yanaşı, həll olunmamış münaqişələrin yaratdığı təhlükəyə toxunub.

AZƏRTAC xəbər verir ki, Qarabağda Vətən müharibəsindən danışan İsveç diplomatiyasının rəhbəri noyabr ayında Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsin əhəmiyyətini vurğulayıb.

“İndi biz bu məqamdan istifadə edərək möhkəm sülh sazişinə nail olunması üçün səy göstərməliyik. Mən gələn həftə Bakıya və İrəvana nəzərdə tutulan səfərlərimdən tərəflərin davamlı siyasi həll yolu barədə danışıqlar aparmağa sadiq olduqlarını bir daha təsdiqləmləri ilə bağlı gözləntilərimi ifadə etmək üçün istifadə edəcəyəm”, - deyə Ann Linde bildirib.

ATƏT-in sədri həmçinin əlavə edib ki, indi biz digər qarşıdurmalarda olduğu kimi, bu münaqişədə də beynəlxalq hüquq normalarına uyğun olaraq, bir sıra humanitar ehtiyacları təmin etməliyik.

AZERTAC

Arxiv üzrə axtarış