2020-12-23

AŞPA-nın vitse-prezidenti: 2020-ci il Prezident İlham Əliyevin xarici siyasəti üçün çox mühüm il oldu

2020-ci il Azərbaycanın və onun Prezidenti İlham Əliyevin xarici siyasəti üçün çox mühüm, hətta deyərdim ki, tarixi il oldu.

Bu barədə AZƏRTAC-a müsahibəsində AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq məsələləri üzrə komitəsinin sədri Aleksandr Merejko bildirib.

Onun sözlərinə görə, Prezident Əliyev zəruri iqtisadi islahatların aparılmasına, ordunun müasirləşdirilməsinə, cəmiyyətin sıx birləşdirilməsinə nail olub və məhz bu, Azərbaycanın işğal altında olan ərazilərinin kifayət qədər sürətlə və qətiyyətlə azad olunmasının qarantına çevrilib.

Aleksandr Merejko deyib: “Prezident Əliyev qələbəyə nail olmaq üçün qətiyyətli və siyasi cəhətdən dəqiq hərəkətlərin lazım olduğu vaxtı düzgün hesablamağı bacaran istedadlı dövlət xadimi olmasını sübut etdi. Azərbaycanın qələbəsi, Prezident Əliyevin qələbəsi bütün dünyaya göstərdi ki, dövlət öz ərazilərinin işğalı ilə barışmamalıdır, onların azad edilməsi üçün əsaslı surətdə və möhkəm hazırlaşmaq lazımdır. Demək olar ki, Azərbaycan həm parlaq hərbi qələbə, həm də diplomatik qələbə qazandı. Mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, Azərbaycan öz maraqlarını müdafiə etməyi bacardı”.

AZERTAC

Arxiv üzrə axtarış