2020-10-24

Fransa portalı: Bakı beynəlxalq hüququn tətbiqini tələb edir

Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların irəliləməsi üçün bir neçə təklif irəli sürərək, tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışdılar. Bütün bu təkliflər status-kvonu əbədiləşdirmək və işğal olunmuş əraziləri ilhaq etmək üçün vaxt qazanmaq istəyən Ermənistanın etirazı ilə qarşılandı. Bu, bir daha son 28 ildə beynəlxalq vasitəçilərin sülh prosesində heç bir irəliləyişə nail olmamasının səbəbini göstərir. Təhlükəsizlik Şurasının qərarları qulaqardına vuruldu və erməni işğalı altında olan evlərinə qayıtmağı gözləyən bir milyondan çox məcburi köçkünün gözü hələ də yoldadır. Belə bir vəziyyətdə danışıqların davam etdirilməsi üçün artıq hər hansı məna qalmayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Le Causeur” portalında dərc olunmuş Fazil Zeynalovun “Bakı beynəlxalq hüququn tətbiqini istəyir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə son hərbi əməliyyatların başlanmasının səbəblərindən də söz açılıb. Ermənistanın indiki rəhbərliyinin Azərbaycanı müharibə ilə hədələməsindən və yeni torpaqlar ələ keçirmək xəyallarından danışılıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı və sərsəm bəyanatları rəsmi Bakını cavab tədbirləri görməyə məcbur edib.

Yazıda, həmçinin cari ilin iyulunda Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq sərhədlərini pozduğu diqqətə çatdırılıb.

AZERTAC

Arxiv üzrə axtarış