2020-10-11

Hikmət Hacıyev: Ermənistan tərəfindən törədilmiş cinayətlər hərbi və siyasi təxribat kimi qiymətləndirilməlidir

Ermənistan tərəfindən törədilmiş cinayətlər hərbi və siyasi təxribat kimi qiymətləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi deyib ki, düşmənin məqsədi mülki əhalini hədəfə alaraq əhali arasında təşviş və panika yaratmaqdır, lakin buna nail ola bilməyəcək. Düşmənin siyasi məqsədi üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanı təhrik etməkdir ki, Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın mülki məntəqələrinə zərbələr endirilsin və bundan Azərbaycana qarşı istifadə etsinlər

Ancaq Azərbaycan Silahlı Qüvvələri döyüş məkanında Azərbaycanın işğal olunmuş ərazilərində sülhə məcburetmə əməliyyatları çərçivəsində legitim hərbi obyektləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəs imzalansa da, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərinə hücum–terror aktı həyata keçirdilər. Biz bunu qəti şəkildə pisləyirik və vasitəçilik missiyasını həyata keçirən tərəflər – ATƏT-in Minsk qrupunun özü buna qiymət verilməlidir.

AZERTAC

Arxiv üzrə axtarış