Düşmən Ağdamın işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub FOTO
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmən oktyabrın 8-də gecə saatlarında və səhər rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Kənd və qəsəbələrin artilleriya atəşinə məruz qalması nəticəsində 50-yə yaxın evə, yardımçı binalara, musiqi məktəbinə, orta məktəbə, sahə xəstəxanasına, eləcə də mağaza və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyib, vətəndaşlara məxsus ev heyvanları tələf olub.