2020-10-07

XİN: Avropa İnsan Haqları Məhkəməsinin Türkiyə əleyhinə qərarı tamamilə əsassızdır

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Ermənistanın Azərbaycana qarşı hücumları çərçivəsində Türkiyə əleyhinə bu gün qəbul etdiyi qərar hüquqi baxımdan tamamilə əsassızdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun mövzu ilə bağlı açıqlamasında əksini tapıb. Nazirlik rəsmisi deyib: “Ermənistanın əsassız iddialarını dəstəkləmək məqsədilə təqdim etdiyi sosial media paylaşımları və mətbuat yazılarına söykənərək heç bir şəkildə hökumətimizə müraciət etmədən AİHM qəbul etdiyi bu qərarla özünün inamına və etibarına zərbə vurub. AİHM birbaşa və yaxud dolayı yolla münaqişələrə müdaxilə edən tərəflərə və bu çərçivədə Türkiyəyə müraciət edərkən hüquqi əsaslardan uzaqlaşaraq siyasi motivlərlə hərəkət edib və baş verən gerçəklərdən uzaq olduğunu göstərib. AHİM məlum dairələrin hüquqi proseslərə müdaxilə etmək səylərinə alət olaraq və 70 illik tarixində insan haqları sahəsində əldə etdiyi etibarını ləkələyib”.

AZERTAC

Arxiv üzrə axtarış