Latviyanın portalında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına dair məqalə dərc edilib
Latviyada fəaliyyət göstərən “Baltikyanı ölkələrin səsi” (Baltijas Balss) xəbər portalında “Qarabağ alov içində” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə qısa nəzər salınıb, bu bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bildirilib.
Yazıda Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün düşdüyü, sülh danışıqları prosesinin nəticə vermədiyi, qondarma “Dağlıq Qarabağ respublikası”nın beynəlxalq səviyyədə tanınmadığı BMT Təhlükəsizlik Şurasının , münaqişəyə dair müvafiq qətnamələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, habelə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesinin dalana dirəndiyi kimi məlumatlar yer alıb.