2020-10-04

Müdafiə Nazirliyi: Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur, yaralananlar var.

Qeyd edək ki, Azərbaycan Ordusu ilə üz-üzə gəlməyə cürət etməyən düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.

AZERTAG

Arxiv üzrə axtarış