2020-05-27
Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”