Xocalı Abidələri
Türkiyə Respublikası, Ankara
Xocalı Muzey Kompleksi:
Açılış tarixi: 28.03.2014
Ünvan: Ankara şəhəri, Qızılcahaman rayonu
Heykəltaraş: Azərbaycan Respublikasının xalq rəssamı Natiq Əliyev
Altyazısı: “Unutmadıq, unutdurmayacağız...”
Türkiyə Respublikası, İzmit
Açılış tarixi: 2015
Ünvan: İzmitin Yenişəhər Məhəlləsi, İzmit kaymakamlığının qarşısı
Türkiyə Respublikası, Uşak
Açılış tarixi: 2016
Ünvan: Karaağaç Məhəlləsi 9, altındağ sokak, mesire alanı Merkez Uşak
Türkiyə Respublikası, İzmir
Xocalı Parkında Xocalı soyqırımı abidəsi
Açılış tarixi: 2017
Ünvan: Karabağlar ilçesi, Salih omurtak mahallesi 9600/9603 sokak
Türkiyə Respublikası, Ankara
Xocalı abidəsi
Açılış tarixi: 26.02.2014
Ünvan: Ankara şəhəri, Keçiörən rayonu
Heykəltaraş: Azərbaycan Respublikasının xalq rəssamı Natiq Əliyev, Rövşən Hacıyev
Abidənin altyazısı: “1992 yılının 25 Şubat’ını 26 Şubat’a bağlayan gece Ermenistan Silahlı Kuvvetleri, Eski Sovyet Ordusunun 366. Motorize Alayıyla birllikte Azerbaycan’ın Hocali şehrini işğal ederek Azerbaycanlılara karşı Soyıkırım gerçekleşdirmişdir. İnsanlık tarihinin en dehşetli katlıamlarından biri olan bu faciada 83’ü çocuk, 106’sı kadın, 70’i yaşlı olmak üzere 613 Hocalı sakini katledilmişdir”.
Türkiyə Respublikası, İzmir
Azərbaycan Dostluq parkı ərazisində Xocalı soyqırımı abidəsi
Açılış tarixi: 2016
Ünvan: Bornova Bələdiyyəsi, Karacaoğlan mahallesi 6236/1 Sokakta
Türkiyə Respublikası, Dənizli
Qarabağ Parkı və Xocalı soyqırımı abidəsi
Açılış tarixi: 2016
Ünvan: Karahasanlı Məhəlləsi, Ali Marım Bulvarı
Almaniya Federativ Respublikası, Berlin
Açılış tarixi: 30.05.2011
Ünvan: Gottfried-Benn-Bibliothek, Nentershäuser Platz 1, 14163 Berlin. Şəhərin Şteqlits-Tselendorf rayonunda yerləşən Qotfrid Benn şəhər kitabxanasının həyətində ucaldılıb.
Heykəltaraş: Səlhab Məmmədov, Akif Əsgərov, Əli İbadullayev, İbrahim Əhraridir.
Üzərində Xocalı yazılmış abidənin altyazısı: “Tolerantlıq, sülh və demokratiya üçün, müharibə və zorakılığa qarşı” (“Für Toleranz, Frieden und Demokratie, gegen Krieg und Gewalt”)
Meksika Birləşmiş Ştatları, Mexiko
Açılış tarixi: 22.08.2012
Ünvan: Şəhərin Tarixi Mərkəz rayonu ərazisində Tlakskoake–Xocalı meydanı
Heykəltaraş: Azərbaycan Respublikasının xalq rəssamı Natiq Əliyev.
Qeyd: Tlakskoake–Xocalı meydanın ərazisindəki orta əsrlərə aid tarixi kilsə təmir olunmuş və bu məbədə “Tlakskoake–Xocalı” altyazılı kilsə zəngi hədiyyə edilmişdir.
Bosniya və Hersoqovina, Sarayevo
Açılış tarixi: 24.02.2012
Ünvan: Sarayevo şəhərinin Sulejman Filipovico küçəsində, “Dostluq” parkında ucaldılmışdır.
Abidə kompleksinin altyazısı:
“Bosniya və Hersoqovinada müharibə (1992-1995)
Xocalı Soyqırımı, Azərbaycan (25-26.02.1992)”
Qurbanlarının Xatirəsinə
“U SPOMEN NA ZRTVE
Rata u Bosni i Hercegovini ( 1992-1995)
Tragedije Hodzali Azerbejdzan (25-26.02.1992)”.
Niderland Krallığı, Haaqa
Açılış tarixi: 24.02.2008
Ünvan : “Kamperfoeliestraat” parkı
Abidənin altyazısı: “26 Fevral 1992-ci ildə Azərbaycanın Qarabağ regionunun Xocalı rayonunun qurbanlarının xatirəsinə” “The nagedachtenis aan de Azerbeidzjaanse schlachtoffers KHOCALY Provincie Karabakh van Azerbeidzjan 26 Februarı 1992”
Abidənin təsviri: Körpəsini erməni qəsbkarlarından qorumaq üçün onu başının üzərinə qaldıran ana.
Daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.