AŞPA-nın qış sessiyası işə başlayıb
Yanvarın 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu sessiyada iştirak edir.
İlk plenar iclasda Pedro Aqramunt yenidən AŞPA-nın sədri vəzifəsinə seçilib. O, yeganə namizəd olduğundan avtomatik olaraq Assambleyanın sədri elan edilib.
Sessiyanın ilk günündə komitələrin üzvləri təyin olunacaq, Türkiyədə demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələrə təsiri, Avropada miqrasiya siyasəti ilə bağlı islahatlara ehtiyac kimi mövzular müzakirə olunacaq, qış sessiyasının gündəliyi qəbul olunacaq.