2016-10-10

İngjerd Sçou: AŞPA missiyası Azərbaycanda referendumun nəticələrini müsbət qiymətləndirib

Oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında Ermənistan nümayəndə heyətinin üzvləri ölkəmizə qarşı qara yaxmağa, referendumla bağlı mənfi fikirlər söyləməyə çalışıblar.

Ermənistan nümayəndə heyətinin çıxışından sonra Norveçin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, məruzəçi İngjerd Sçou çıxış edərək AŞPA-nın Azərbaycanda keçirilən referendumu qiymətləndirmə missiyasının müşahidələrinin nəticələrinə toxunub.

Norveçli deputat AŞPA-nın missiyasının məruzəsində Azərbaycanda keçirilən referendumun nəticələrinin müsbət qiymətləndirildiyini bir daha diqqətə çatdırıb.

 

AZƏRTAC

Arxiv üzrə axtarış