2016-09-16

Milli Məclisin sədri Strasburqda AŞPA-nın prezidenti ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 15-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt ilə görüşüb.

Görüşdə əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin Azərbaycan- Avropa Şurası əlaqələrinə, ölkəmizdə keçiriləcək referendum məsələsinə toxunulub. Eyni zamanda, Avropa Şurasının ölkəmizdə keçiriləcək referenduma göndərəcəyi qiymətləndirmə missiyası (5 nəfər müxtəlif partiyaların nümayəndəsi və 2 nəfər Azərbaycan üzrə məruzəçi) ilə bağlı müzakirələr aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov və AŞPA prezidenti Pedro Aqramunt Avropa Şurası Bürosunun Azərbaycanda keçiriləcək referendumun müddəalarının Venesiya Komissiyasına göndərməsinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə Milli Məclisin komitə sədri, Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova iştirak edib.

 

 

 

 

AZƏRTAC

Arxiv üzrə axtarış