Bu gün AŞPA-nın yay sessiyası işə başlayır
İyunun 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak etmək üçün Strasburqda səfərdədirlər.
Nümayəndə heyətinə parlamentin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Sahibə Qafarova, Qənirə Paşayeva, Vüsal Hüseynov, Müslüm Məmmədov və Sabir Hacıyev daxildir.
Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək. Türkiyədə demokratik institutların fəaliyyəti, mədəniyyət və demokratiya, Avropa institutlarında şəffaflıq və açıqlıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq, insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək.
Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.
AŞPA sədri Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işləri alqışlayıb.
Milli Məclisin deputatı AŞPA-da Avropanın köçkünlərlə bağlı siyasətini tənqid edib.
AŞPA-da ermənilərin din adından siyasi alət kimi istifadə etmək cəhdinə imkan verilməyib.
Azərbaycan nümayəndə heyətinin üzvü: AŞPA Metsamor fəlakətinin qarşısını almalıdır.
Azərbaycanlı deputat AŞPA-nı Ermənistana sərt təzyiq göstərməyə çağırıb.
Ermənistanın Azərbaycanı nüvə silahı ilə hədələməsi məsələsi Avropa Şurasında qaldırılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA-nın Türkiyə ilə bağlı mövqeyini tənqid edib.
Strasburqda Avropa Şurası-Azərbaycan əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.