2016-06-20

Bu gün AŞPA-nın yay sessiyası işə başlayır

İyunun 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayır.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak etmək üçün Strasburqda səfərdədirlər.

Nümayəndə heyətinə parlamentin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Sahibə Qafarova, Qənirə Paşayeva, Vüsal Hüseynov, Müslüm Məmmədov və Sabir Hacıyev daxildir.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək. Türkiyədə demokratik institutların fəaliyyəti, mədəniyyət və demokratiya, Avropa institutlarında şəffaflıq və açıqlıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq, insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək.

Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

 

 

AZƏRTAC

 

AŞPA sədri Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işləri alqışlayıb.

Azərbaycanlı deputat: Avropa Şurasının Ermənistana sərt münasibət göstərməməsi yeni böyük fəsadlara yol açır.

Milli Məclisin deputatı AŞPA-da Avropanın köçkünlərlə bağlı siyasətini tənqid edib.

AŞPA-da ermənilərin din adından siyasi alət kimi istifadə etmək cəhdinə imkan verilməyib.

Ermənistanın faşizmi və terrorizmi dövlət səviyyəsində dəstəkləməsinə dair həqiqətlər Avropa Şurasında.

Azərbaycan nümayəndə heyətinin üzvü: AŞPA Metsamor fəlakətinin qarşısını almalıdır.

Azərbaycanlı deputat AŞPA-nı Ermənistana sərt təzyiq göstərməyə çağırıb.

Milli Məclisin deputatı Avropa Şurasının baş katibinə müraciətlə: “Girov saxlanılan azərbaycanlılar sizdən ciddi addımlar gözləyirlər”.

Ermənistanın Azərbaycanı nüvə silahı ilə hədələməsi məsələsi Avropa Şurasında qaldırılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA-nın Türkiyə ilə bağlı mövqeyini tənqid edib.

Azərbaycanlı deputat: Münaqişələrlə bağlı qəbul edilmiş qətnamələrin yerinə yetirilməsi üçün ciddi addımlar atılmalıdır.

Strasburqda Avropa Şurası-Azərbaycan əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

Arxiv üzrə axtarış