2016-02-28

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə” adlı beynəlxalq foto müsabiqəsinin keçiriləcəkdir

25-27 aprel 2016-cı il tarixlərində Bakı şəhərində baş tutacaq Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə” adlı beynəlxalq foto müsabiqəsinin  keçirilməsi nəzərdə tutulur. AR Gənclər və İdman və Mədəniyyət və Turizm nazirlikləri tərəfindən birgə təşkil olunan müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında mədəni müxtəliflik, tolerantlıq, qarşılıqlı anlaşma kimi dəyərlərin inkişaf etdirilməsi, mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsidir.

14-29 yaşa arası gənclər müsabiqədə iştirak edə bilərlər. Qaliblərə forum çərçivəsində təşkil olunacaq mərasimdə pul mükafatı təqdim olunacaq və mərasimə qatılacaq qaliblərin yol, qalma və yemək xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir.

 

Ətraflı məlumat.

Arxiv üzrə axtarış