2014-09-03

Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda mübadilə görüşü keçirilib

Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü başa çatıb.

Müzakirələrdə müvafiq mövzu ilə bağlı dünyada mövcud olan problemlərlə yanaşı, ölkələrin müsbət təcrübələri də qeyd olundu. Diqqətə çatdırılıb ki, Bakının mədəniyyətlərarası dialoqa dair forumların, dini liderlərin sammitlərinin davamlı olaraq keçirildiyi ünvana çevrilməsi təqdirəlayiq nümunədir.

Tədbir iştirakçıları müzakirə olunmuş mövzuların aktuallığından bəhs ediblər. Onlar Bakı görüşünün dinlər və mədəniyyətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildiriblər.

Mübadilə görüşünün iştirakçıları üçün mədəniyyət proqramı nəzərdə tutulub

Arxiv üzrə axtarış