2014-11-14

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verdi

Strasburq, 13.11.2014 - Bu gün Avropa Şurasının 47 üzv dövlət nümayəndələrinin qatıldığı Təşkilatın Strasburq qərargahında keçirilən iclasında, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verdi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla əlaqədar Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış etmiş və Azərbaycanın sədrliyi dövründə ölkəsinin nailiyyətlərindən bəhs etmişdir.

Nazirlər Komitəsinin yeni sədri, Belçikanın baş nazirinin müavini, Xarici və Avropa işləri naziri Didier Reynders altı ay davam edəcək Belçika sədrliyinin prioritetlərini təqdim etmişdir.

Arxiv üzrə axtarış