AZƏRBAYCAN HAQQINDA
RƏSMİ ADI: AZƏRBAYCAN RESPUBLİKASI
Xəritə
AZƏRBAYCAN RESPUBLİKASININ RƏMZLƏRİ:
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, asagı zolaq yasıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənsəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkisaf etdirmək istəyini, yasıl rəng -islam sivilizasiyasına mənsublugunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
BAYRAQ
DÖVLƏT GERBI
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
DÖVLƏT HİMNİ
Musiqisi: Üzeyir Hacıbəyovun Sözləri: Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayragınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Hüququndan keçən əsgər!
Hərə bir gəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müstaqdır!
Şanlı Vətən, Şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM HEYDƏR OĞLU ƏLİYEV
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.
1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişdir.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlamışdır.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı, üç nəvəsi var.
BAYRAM GÜNLƏRİ:
Yeni il bayramı | 1-2 yanvar |
Beynəlxalq Qadınlar Günü | 8 mart |
Novruz Bayramı | 20-24 mart |
Faşizm Üzərində Qələbə Günü | 9 may |
Respublika Günü | 28 may |
Milli Qurtuluş Günü | 15 iyun |
Silahlı Qüvvələr Günü | 26 iyun |
Dövlət Müstəqilliyi Günü | 18 oktyabr |
Zəfər Günü | 8 noyabr |
Dövlət Bayrağı Günü | 9 noyabr |
Azərbaycanın Konstitusiya Günü | 12 noyabr |
Milli Dirçəliş Günü | 17 noyabr |
Dünya Azərbaycanlıların Həmrəylik Günü | 31 dekabr |
Dini bayramlar: | |
Qurban Bayramı | 2 gün |
Ramazan Bayramı | 2 gün |
COĞRAFİ MƏLUMAT:
86,6 min km2, (12% meşələr, 1,7% su hövzəsi, 55,1% kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 30,7% otlaq və biçənəklər, 31,2% sair torpaqlar. Ölkə 44° və 52° şərq uzunluq dairəsi,
38° və 42° şimal en dairəsində üzərindədir.
Orta illik temperatur (2012-ci il) | + 12,1⁰C |
Yanvarda orta temperatur | + 2,9⁰C |
İyulda orta temperatur | +26,2⁰C |
Orta illik yağıntının miqdari | 605,8 mm |
İnzibati quruluş: | |
Paytaxtı | Bakı |
İnzibati ərazi vahidlərinin sayı: | |
Muxtar Respublika | 1 |
Rayonlar | 66 |
Şəhərlər | 77 |
Şəhər rayonları | 13 |
Qəsəbələr | 257 |
Kənd ərazi dairələri | 1719 |
Kənd yaşayış məntəqələri | 4260 |
Dövlət sərhədləri:
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km,
Şimaldan Rusiya ilə 390 km,
Şimali-qərbdən Gürcüstan ilə 480 km,
Qərbdən Ermənistan ilə 1007 km həm-sərhəddir.
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km
Əhali (2012-ci ilin əvvəlinə): | |
Əhalisinin sayı, mln nəfər | 9235,1 |
1 kv. km-ə düşən əhalinin sıxlığı, nəfər | 107 |
Əhalinin ümumi sayına nisbətən, faizlə: |
|
şəhər əhalisi | 52,9% |
kənd əhalisi | 47,1% |
Əhalinin ümumi sayına nisbətən, faizlə: |
|
kişilər | 49,6% |
qadınlar | 50,4% |
SİYASİ QURULUŞ:
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublikadır.
Dövlət rəhbəri: Prezident
O, ümumi gizli səsvermə yolu ilə 5 ildən bir seçilir. 2008-ci ilin oktyabrın 15-də İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 7 noyabr 2010-cu ildə Dördüncü Çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdi. Bunlardan 105-i və ya 84,0 faizi kişilər, 20-si, ya da 16,0 faizi qadınlardır.
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya, Ali, Apelyasiya və İqtisad məhkəmələri həyata keçirir.
Azərbaycanın siyasi sistemi çoxpartiyalılıq və plyuralizm prinsiplərin əsasında qurulub. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 42 siyasi partiya fəaliyyət göstərir.
Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edirlər. Bundan başqa 4000 ictimai təşkilat fəaliyyət göstərir.