news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 yanvar 2021

Səməd Seyidov AŞPA prezidenti Hendrik Daems ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yenidən seçilmiş prezidenti Hendrik Daems ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-AŞPA münasibətlərinin gələcək perspektivlərinə dair, eləcə də Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinin 20 illiyi ilə bağlı fikir mübadiləsi aparılıb.

S.Seyidov AŞPA prezidentinə Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar haqqında da ətraflı məlumat verib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti