news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 noyabr 2020

Paytaxtımızda yaşanan bayram şənliyinin fotoobyektivdə əks olunmuş anları

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra Qarabağ savaşında şanlı qələbəmizi qeyd etmək üçün Bakının küçə və meydanlarına çıxan paytaxt sakinlərinin bayram şənliyi bu gün gecə saatlarınadək davam edib. İnsanlar bütün gün boyu tarixi Qələbədən doğan sevinc və qürur hisslərini paylaşıb, xalqımıza bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Vətəni, Qarabağı, qəhrəman Azərbaycan əsgərini tərənnüm edən mahnılar, şux rəqslər bayram şənliklərinə xüsusi ovqat qatıb.

AZƏRTAC noyabrın 10-da paytaxtımızda yaşanan mənzərələrin əks olunduğu daha bir fotosessiyanı təqdim edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti