news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 fevral 2021

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub.

AZƏRTAC RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 9-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə edilib. “Görüş ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri üçün səciyyəvi olan ənənəvi konstruktiv və səmimi şəraitdə keçib”, - deyə RF XİN-in məlumatında bildirilir.

AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti