news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 noyabr 2020

Mehriban Əliyeva: Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"

AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti