news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 noyabr 2020

Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır

Rəsmi Paris qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.

“Noyabrın 25-də Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb - Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır”, - deyə məlumatda bildirilir.

AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti