news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 aprel 2021

Azərbaycanın xarici işlər naziri Moskvaya səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti