news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 oktyabr 2020

Azərbaycanın və Türkiyənin Xarici İşlər nazirləri arasında görüş keçirilib

Noyabrın 1-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Bakıya işgüzar səfər edən Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətə dair ətraflı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən azərbaycanlı dinc əhalini atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verib.

Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğulayıblar.

AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti