news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 oktyabr 2020

Avropa Parlamentinin deputatı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından danışıb

Avropa Parlamentinin Latviyadan olan deputatı Sandra Kalniete sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribatlar barədə Latviyanın “TV24” telekanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibəsində xanım deputat böyük enerji infrastrukturunun mövcud olduğu regionda yaşanan son hadisələrin narahatlıq doğurduğunu bildirib.

O, Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın bir sıra digər rayonlarını da işğal etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün Minsk qrupu ölkələri, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənməsi beynəlxalq hüquqa uyğundur.

AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti