news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 aprel 2021

ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb.

AZƏRTAC xəbər verir ki, Baydenə qədər ABŞ-ın dövlət başçısı postunda olan sələfləri bu termini işlətməkdən çəkinib.

Osmanlı dövründəki “erməni soyqırımı” zamanı ölənlərin hamısının xatirəsini yad etdiyini bildirən Bayden 1915-1921 hadisələri zamanı Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir söz deməyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna sərt münasibət bildirib. O deyib ki, Türkiyə ABŞ Prezidentinin populizmə söykənən açıqlamasını tamamilə rədd edir.

AZERTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti