Avropa Şurası və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi

Avropa Şurası sənədlərində keçmiş Ermənistan-Azərbaycan münaqişəsi

Nazirlər Komitəsi

Təşkilatın qərar qəbul edən orqanı olan Avropa Şurasının Nazirlər Komitəsi üzv dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət məsələsi ilə bağlı öz birmənalı mövqeyini müxtəlif vaxtlarda həmişə bəyan etmişdir. 16-17 may 2019-cu il tarixlərində Finlandiyanın Helsinki şəhərində keçirilmiş iclasda Nazirlər Komitəsi beynəlxalq hüququn norma və prinsiplərinə, bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyən müvafiq qərarlar qəbul etmişdir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA)

AŞPA 25 yanvar 2005-ci il tarixində “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 (2005) saylı Qətnamə və 1690 (2005) saylı Tövsiyə qəbul etmişdir. Parlament Assambleyası bu Qətnamədə yüz minlərlə insanın öz yurd-yuvasından didərgin düşdüyünü, Azərbaycan ərazisinin xeyli hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini təəssüflə qeyd etmişdir. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öhdəliklərinin ciddi şəkildə pozulması olduğunu bildirmiş və münaqişə zonasından didərgin düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnu bir daha təsdiqləmişdir. Assambleya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993)853 (1993)874 (1993) və 884 (1993) saylı qətnamələrini xatırlatmış və hərbi qüvvələrin işğal olunmuş ərazilərdən geri çəkərək onlara əməl etməyə çağırmışdır.

26 yanvar 2016-cı il tarixdə Assambleyanın plenar iclasında Azərbaycanın işğal olunmuş ərazilərinə dair iki hesabat müzakirə edilmişdir:

Siyasi Məsələlər və Demokratiya Komitəsinin məruzəçisi, britaniyalı parlamentari Robert Walter tərəfindən hazırlanmış “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” mövzusunda hesabat;

“Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilir” adlı hesabat əsasında AŞPA qəbul etdiyi (2085) 2016 saylı Qətnamədə bir dövlətin digərinə qarşı ekoloji fəlakət bölgələri yaratmaq və əlaqədar əhali üçün normal həyatı imkansız hala gətirmək məqsədilə süni ekoloji böhran yaratmasının “ekoloji təcavüz” və düşmən hərəkəti olaraq qəbul edilməli olduğunu hesab etmişdir. Bu baxımdan, o, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər bitişik ərazilərini işğal etməsi faktının Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün oxşar humanitar və ekoloji problemlər yaratdığından təəssüflənmişdir. Bu təcili humanitar problemi nəzərə alaraq, Assambleya Ermənistan silahlı qüvvələrinin müvafiq bölgədən dərhal çıxarılmasını istəmiş və Ermənistan hakimiyyətini su mənbələrindən siyasi təsir vasitələri və ya münaqişə tərəflərinin biri üçün üstünlük yaradan təzyiq aləti kimi istifadə etməyi dayandırmağa çağırmışdır.

Bundan əlavə, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin nəticələrini daim Assambleyanın üzvlərinin diqqətinə çatdırmışdır. Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bir sıra sənədlər (aşağıda) Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş və Assambleyanın çoxsaylı üzvləri tərəfindən dəstəklənmişdir:

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin üçtərəfli bəyanatının imzalanması ilə Ermənistan və Azərbaycan arasında təxminən otuz il davam etmiş silahlı münaqişəyə son qoyulmuşdur. Hazırda Azərbaycanın əsas vəzifəsi onilliklər ərzində fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərdə tamamilə dağıdılmış şəhər, qəsəbə və kəndləri yenidən qurmaqdan ibarətdir. Bundan başqa, regionda davamlı sülhün, inkişafın və tərəqqinin təmin edilməsi Azərbaycanın gələcəyə baxışının əsasını təşkil edir və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət etməklə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.

Bu kontekstdə Azərbaycan hesab edir ki, Avropa Şurası yeganə ümumavropa hökumətlərarası təşkilat kimi bütün Avropa dövlətləri arasında sülh şəraitində birgə yaşayış və qarşılıqlı fəaliyyətə kömək etmək üçün dialoq və əməkdaşlıq platforması olmalıdır. Buna görə də, ölkəmiz Avropa Şurasını Ermənistan və Azərbaycan arasında etimadın və barışığın gücləndirilməsi üçün öz təcrübəsindən və müqayisəli üstünlüyündən istifadə etməyə təşviq edir. Bu baxımdan Azərbaycan Avropa Şurası Baş katibinin Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı irəli sürdüyü təşəbbüsü və Avropa Şurasının bu prosesdə iştirakını alqışlayır.

 

Yenilənib: 16.05.2022

  

Title of document Doc. type Doc. number Date
Prisoners of war and hostages held in Armenia and Nagorno-Karabakh Motion for a recommendation 9063 25 Aprel 2001
Recognition of the genocide perpetrated against the Azeri population by the Armenians Written declaration 9066 14 May 2001
Ecological situation in the Republic of Azerbaijan (mountainous Karabakh, Shusha, Lachin, Gubatli, Zengilan, Kelebecer, Agdam, Fizuli, Cabrail) Motion for a recommendation 9148 27 June 2001
Seizure and destruction of Azerbaijani cultural heritage Motion for a recommendation 9147 27 Juin 2001
Armenian-Azerbaijan (Mountainous-Karabakh) Conflict Motion for resolution 9239 27 September 2001
Nuclear technologies and nuclear waste in the occupied territories of the Republic of Azerbaijan Motion for a resolution 9444 07 May 2002
Respect of norms and principles of international law by member states Motion for a recommendation 9431 7 May 2002
Network of terrorist organisations supported by Armenia on the occupied territories of the Republic of Azerbaijan Motion for a recommendation 9489 14 June 2002
Destruction of the historical cemeteries and creation of new permanent “cemeteries” of catastrophe by Armenians in the occupied territories of the Republic of Azerbaijan Motion for a recommendation 9516 08 July 2002
Restoration of human rights in the Azerbaijan lands occupied by Armenia Motion for recommendation 9599 14 October 2002
Settlement of civilian population by Armenia in the occupied territories of the Republic of Azerbaijan Motion for a recommendation 10239 29 June 2004
Appropriation and demolition of the forests by Armenia in the occupied lands of Azerbaijan Motion for a recommendation 10075 11 February 2004
Massive fires in the occupied territories of Azerbaijan committed by Armenia and Mountainous Karabakh separatists during the last 20 days Motion for a recommendation 10992 28 June 2006
The Armenian policy of ethnic cleansing against Azerbaijanis Motion for a resolution   10090 27 June 2006
Illegal settlement of Armenians in the occupied territories of Azerbaijan by Armenia as a gross violation of the principles of international law Motion for a recommendation 10991 28 June 2006
The protracted conflicts in the GUAM Countries Motion for a recommendation 11168 31 January 2007
Destruction of Azerbaijani historic monuments Motion for a recommendation 11501 22 January 2008
The gravest security threat to the South Caucasus Motion for a resolution 11587 17 April 2008
The forced mass deportation of Azerbaijanis from Armenia (1948-1953 and 1988) Written declaration 11815 28 January 2009
Urgency for taking into consideration the Nagorno-Karabakh problem in the context of the development of regional relations Written declaration 11883 29 April 2009
Need to eliminate activities preventing a peaceful resolution of the conflict between Armenia and Azerbaijan Written declaration 12218 27 April 2010
The necessity to intensify the activities of the Ad hoc Committee on the conflict over the Naghorno-Karabakh region Written declaration 12286 09 June 2010
The need to return the corpses of Azerbaijani soldiers to their state Written declaration 12397 06 October 2010
The Anniversary of the Khojaly Massacre Written declaration 12508 27 January 2011
The necessity for speeding up the peaceful solution of Armenian-Azerbaijani, Nagorno-Karabakh conflict Written declaration 12383 14 February 2011
The construction of an airport in the occupied Azerbaijani territories by Armenia Written declaration 12590 14 April 2011
Murder of 9-year-old Azerbaijani civilian, Fariz Badalov Written declaration 12591 14 April 2011
Armenia's policy towards undermining the solution of the conflict over Nagorno-Karabakh Written declaration 12755 05 October 2011
20th anniversary of the Khojaly Massacre Written declaration 12855 26 January 2012
The urgent need to solve the IDP and refugee problems arising from the Nagorno Karabakh conflict Motion for a resolution 12863 31 January 2012
Follow-up to the Armenian President’s address before the Parliamentary Assembly Written declaration 13331 04 October 2013
Inhabitants of frontier regions of Azerbaijan are deliberately deprived of water Motion for a resolution 13468 01 April 2014
The application of sanctions against Armenia for its armed occupation of Azerbaijani territories Motion for a resolution 13535 18 June 2014
The armed occupation of Azerbaijani territories by Armenia Motion for a resolution 13546 24 June 2014
Ensuring the right of Dilgam Asgarov and Shahbaz Guliyev to a fair trial Motion for a resolution 13709 05 February 2015
Azerbaijani hostages Dilgam Asgarov and Shahbaz Guliyev held in the occupied Azerbaijani lands should be immediately and unconditionally released   Written declaration 14936 28 June 2019
Documents issued after the end of the conflict in 2020
Disclosure of all information by Armenia on the location of minefields is urgently needed to avoid further loss of human life Written declaration 15326 22 June 2021
30th anniversary of the Khojaly massacre Written declaration 15460 23 February 2022

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti