2016-09-27
AŞPA missiyasının ilkin rəyi: Azərbaycanda ümumxalq səsverməsi yaxşı təşkil olunub və şəffaf keçib
Avropa Şurası Parlament Assambleyasının sentyabrın 26-da Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib: “Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik. AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib. Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi yaxşı təşkil olunub, şəffaf, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.


növbəti xəbər əvvəlki xəbər

https://evisa.gov.az/en/

karabagh.lu