2016-02-09
25-27 aprel 2016-cı il tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir

25-27 aprel 2016-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusuna həsr ediləcəkdir. Forumdan öncə 25 aprel 2016-cı il tarixində Gənclər Tədbiri təşkil ediləcəkdir.

Qlobal Forumda siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, vətəndaş cəmiyyəti, akademiya, gənclər, incəsənət xadimləri və media, habelə donor agentlikləri və fondlarının nümayəndələri də daxil olmaqla 3000-ə yaxın iştirakçının iştirak etməsi gözlənilir. Azərbaycan Respublikası Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı mədəniyyətlərarası dialoq və anlaşmanın təşviq edilməsinin yeni yollarını araşdırmaq, habelə yeni tərəfdaşlıqlar və öhdəliklərin formalaşmasına şərait yaratmaq niyyətindədirlər. Bununla yanaşı, Forum çərçivəsindəki müxtəlif sessiyalar mövcud və potensial tərəfdaşların Forumun məqsədlərinə nail olunması məqsədilə yeni əməkdaşlıq axtarmaları üçün əlavə imkanlar yaradacaqdır. Tədbir iştirakçıları, həmçinin, plenar və paralel sessiyalarda, eləcə də tərəfdaşlar tərəfindən hazırlanmış sərgi və mükafatlandırma mərasimlərində iştirak edə bilərlər.
 
növbəti xəbər əvvəlki xəbər

https://evisa.gov.az/en/

karabagh.lu